Fələstinin Azərbaycandakı səfirliyi bu ölkənin Ermənistanda səfirlik açması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Fələstinin Azərbaycandakı səfirliyi bu ölkənin Ermənistanda səfirlik açması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib "Bu, yalan məlumatdır"
Xarici siyasət
22 Avqust , 2015 16:14
Fələstinin Azərbaycandakı səfirliyi bu ölkənin Ermənistanda səfirlik açması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Bakı. 22 avqust. REPORT.AZ/ Fələstinin Azərbaycandakı səfirliyi bu ölkənin Ermənistanda səfirlik açması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Səfirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Fələstinin Ermənistanda səfirlik açması ilə bağlı yayılan məlumatlar araşdırılıb. Səfirlikdən bildirilib ki, bu xəbər rəsmi olaraq təsdiqlənməyib və yalan məlumatdır: "Yeni səfirlik açılanda bununla bağlı Fələstin Xarici İşlər Nazirliyi ve Prezident Administrasiyası bizə məlumat verir".

Son xəbərlər

Orphus sistemi