Elmar Məmmədyarov Ukrayna Dövlət Fiskal Xidmətinin rəisini qəbul edib

Elmar Məmmədyarov Ukrayna Dövlət Fiskal Xidmətinin rəisini qəbul edib O, ukraynalı idmançıların oyunlar zamanı uğurla çıxış edəcəyinə ümidvar olduğunu bildirib
Xarici siyasət
12 İyun , 2015 13:07
Elmar Məmmədyarov Ukrayna Dövlət Fiskal Xidmətinin rəisini qəbul edib

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirovu qəbul edib. Bu barədə "Report"a XIN-in mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda olmasından məmnunluğunu bildirən Roman Nəsirov birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə ölkəmizi təbrik edib və xeyli sayda ukraynalı idmançının yarışlarda iştirak edəcəyini diqqətə çatdırıb, eləcə də Ukraynada cərəyan edən hadisələr ilə bağlı qısa məlumat verib.

Nazir Elmar Məmmədyarov ukraynalı idmançıların oyunlar zamanı uğurla çıxış edəcəyinə ümidvar olduğunu bildirib. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmasının vacibliyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi