Elmar Məmmədyarov Türkmənistan universitetinin rektorunu qəbul edib

Elmar Məmmədyarov Türkmənistan universitetinin rektorunu qəbul edib Əməkdaşlığın müqavilə-hüquq bazasının inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb
Xarici siyasət
17 Fevral , 2015 15:39
Elmar Məmmədyarov Türkmənistan universitetinin rektorunu qəbul edib

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektoru Esen Aydoqdyevi qəbul edib. 

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud siyasi-iqtisadi əlaqələrin ruhuna uyğun olaraq, "ADA" Universiteti ilə Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universiteti arasında əməkdaşlığın inkişafı üçün əlverişli inkanların olduğu qeyd olunub.

Görüşdə "ADA" Universiteti ilə Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universiteti arasında tələbə və müəllim heyətinin mübadiləsi, tədris proqramlarının uyğunlaşdırılması və əməkdaşlığın müqavilə-hüquq bazasının inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi