​Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının XİN rəhbərləri Şurasının iclasında iştirak edib

​Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının XİN rəhbərləri Şurasının iclasında iştirak edib Görüşdə təhlükəsizlik məsələləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
26 Sentyabr , 2015 21:30
​Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının XİN rəhbərləri Şurasının iclasında iştirak edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirakı çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.

Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, üzv dövlətlərin namizədliklərinin qarşılıqlı dəstəklənməsi, təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi