Elmar Məmmədyarov Rumıniyanın Azərbaycandakı səfirini qəbul edib

Elmar Məmmədyarov Rumıniyanın Azərbaycandakı səfirini qəbul edib Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb
Xarici siyasət
20 İyul , 2016 16:04
Elmar Məmmədyarov Rumıniyanın Azərbaycandakı səfirini qəbul edib

Bakı. 20 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən razılıq ifadə olunub. 

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Son illər iki ölkə arasında ticarət dövriyyəsinin artımından məmnunluq ifadə olunan görüşdə iqtisadiyyatın müxtəlif sahələri üzrə, o cümlədən enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub. 

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışan E.Məmmədyarov sözügedən layihələrin Xəzər və Qara dəniz hövzələri arasında bağlantıların artmasına əsaslı töhfə verəcəyini bildirib. 

XİN başçısı həmçinin, Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalayan ilk Avropa ölkəsi kimi Rumıniyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığının inkişafında rolunu xüsusi qeyd edib.

Səfir Daniel Kristian Çiobanu ölkəsinin hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini diqqətə çatdırıb. O, iki ölkə arasında enerji sahəsində əməkdaşlığa toxunaraq iyulun 19-da Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rumıniyanın "Transgaz" şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasını qeyd edib.

E.Məmmədyarov Rumıniyanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair mövqeyinin təqdir edildiyini diqqətə çatdırıb.

Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Azərbaycan XİN başçısı iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan siyasi dialoqun və dostluğun inkişafı, iqtisadi əlaqələrin genişlənməsi və ticarət dövriyyəsinin rekord həddə artması, mədəni-humanitar əlaqələrin təşviqi istiqamətində və NATO-nun əlaqələndirici səfiri statusunda həyata keçirdiyi uğurlu fəaliyyətə səfir Daniel Kristiana minnətdarlığını ifadə etdi və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi