Elmar Məmmədyarov Mövlud Çavuşoğluya başsağlığı verib

Elmar Məmmədyarov Mövlud Çavuşoğluya başsağlığı verib Nazir Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb
Xarici siyasət
14 Mart , 2016 17:56
Elmar Məmmədyarov Mövlud Çavuşoğluya başsağlığı verib

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankara şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya başsağlığı məktubu göndərib.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, nazir məktubda xəbərdən sarsıldığını və baş vermiş faciə ilə əlaqədar həmkarının kədərini bölüşdüyünü bildirib. Nazir terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək xəsarət alanlara Allahdan şəfa diləyib və bu kədərli gündə Türkiyə xalqının yanında olduğunu qeyd edib.

Elmar Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi