Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın Azərbaycandakı yeni təyin olunmuş səfiri George Leukanı qəbul edib
XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə səfir George Leuka etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Səfir George Leuka diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Moldova arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir Elmar Məmmədyarov səfir George Leukaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.