Elmar Məmmədyarov Meksika Senatının Xarici Əlaqələr Komitəsinin sədrini qəbul edib

Elmar Məmmədyarov Meksika Senatının Xarici Əlaqələr Komitəsinin sədrini qəbul edib Azərbaycan və Meksika arasında münasibətlərin müxtəlif aspektləri və əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb
Xarici siyasət
11 İyun , 2015 17:41
Elmar Məmmədyarov Meksika Senatının Xarici Əlaqələr Komitəsinin sədrini qəbul edib

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksika Senatının Xarici Əlaqələr Komitəsinin sədri Qabriella Kuevas Barronu qəbul edib. 

XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Meksika arasında münasibətlərin müxtəlif aspektləri və əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Həmçinin parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə vurğulanıb və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin artırılmasının vacibliyi qeyd olunub.

Nazir E.Məmmdəyarov regionda hərtərəfli inkişafa və inteqrasiya proseslərinə başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, münaqişənin həlli üçün ilk olaraq işğalçı Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi