Bakı. 9 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən "Report"a verilən məlumata görə, səfir Çoi Suk İn diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov səfir Çoi Suk İnə gələcək fəaliyyətində uğurlar arzulayıb.