Elmar Məmmədyarovun Tbilisidə Gürcüstanın baş naziri ilə görüşüb

Elmar Məmmədyarovun Tbilisidə Gürcüstanın baş naziri ilə görüşüb SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyəti və gördüyü işlər təqdir edilib
Xarici siyasət
29 Avqust , 2016 18:37
Elmar Məmmədyarovun Tbilisidə Gürcüstanın baş naziri ilə görüşüb

Bakı. 29 avqust. REPORT.AZ/ Gürcüstanda rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

"Report" XİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Cənub Qaz Dəhlizinin mühüm strateji xarakter daşıdığı qeyd olundu və bu istiqamətdə həyata keçirilən regional layihələrin əhəmiyyəti, eləcə də tərəflər arasında mövcud olan fəal əməkdaşlıq xüsusi vurğulandı.

Baş naziri Giorgi Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Gürcüstan hissəsinin inşasının gedişatı barədə məlumat verərək, layihənin vaxtında başa çatdırılacağına ümidvar olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Gürcüstan arasında əlaqələrin strateji xarakter daşıdığını və bu münasibətlərin yüksələn xətt üzrə getdiyini qeyd edib.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bu xüsusda Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin intensivləşdirilməsi məsələsi müzakirə olunub.

Birgə mühüm infrastruktur layihələrinin həyata keçirilməsi və qarşılıqlı sərmayələrin qoyulmasının vacibliyi qeyd olunan görüşdə, SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyəti və gördüyü işlər təqdir edilib.

Son xəbərlər

Orphus sistemi