Elmar Məmmədyarov G20-nin zirvəsi çərçivəsində təşkil olunan işçi naharda iştirak edib

Elmar Məmmədyarov G20-nin zirvəsi çərçivəsində təşkil olunan işçi naharda iştirak edib Nahar Türkiyənin xarici işlər naziri Firudin Sınıroğlu tərəfindən təşkil olunub
Xarici siyasət
15 Noyabr , 2015 20:18
Elmar Məmmədyarov G20-nin zirvəsi çərçivəsində təşkil olunan işçi naharda iştirak edib

Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində keçirilən G20-nin zirvə toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Firudin Sınıroğlu tərəfindən tədbirdə dövlət və hökumət başçılarını müşayiət edən bir qrup xarici işlər nazirlərinin iştirakı ilə işçi nahar keçirilib.

“Report”un Türkiyə XİN-in yaydığı məlumata əsasən, işçi naharda Azərbaycan, ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, Meksika, Cənubi Koreya, İndoneziya, Afrika İttifaqının hazırki sədri statusunda Zimbabve, Argentina və Çinin xarici işlər nazirləri, Böyük Britaniyanın isə dövlət naziri iştirak edib.

Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. 

Son xəbərlər

Orphus sistemi