Elmar Məmmədyarov: "Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir"

Elmar Məmmədyarov: "Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir" Azərbaycan XİN rəhbəri Yaponiya XİN rəhbərinin müavinini qəbul edib
Xarici siyasət
19 Yanvar , 2015 19:01
Elmar Məmmədyarov: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə enerji sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığın davamı kimi qeyri-neft sektoru, xüsusilə sənaye, kənd-təsərrüfatı, yüksək texnologiyalar, elm-təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdıraraq, ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası əməkdaşlıq komissiyasının fəaliyyətinin və qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqlar haqqında məlumat verərək, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrində işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasının tələb olunduğunu söyləyib. O, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmədiyini diqqətə çatdıraraq, beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təsbit olunduğunu vurğulayıb.

M.Kiuçi Azərbaycanın regionda sülh və sabitliyə, enerji təhlükəsizliyinə və radikalizmə qarşı mübarizəyə verdiyi töhfələrinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi