Bakı. 27 sentyabr. REPORT.AZ/ Cənub-Cənub mükafatı
"Report" XİN mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən mükafat BMT-nin hesabatlarına əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.
Qeyd olunmalıdır ki, Azərbaycan 2015-ci il üzrə sözügedən mükafata layiq görülüb. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənub-Cənub mükafatı ilə təltif olunub.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təqdim olunmuş mükafatı dövlət başçısının adından nazir Elmar Məmmədyarov qəbul edib.