Elmar Məmmədyarov Belçikanın yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Belçikanın yeni səfirini qəbul edib Görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub
Xarici siyasət
5 Avqust , 2016 16:10
Elmar Məmmədyarov Belçikanın yeni səfirini qəbul edib

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın ölkəmizə yeni təyin olunmuş səfiri Bert Şufsu qəbul edib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Elmar Məmmədyarov səfir Bert Şufsu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi