Elmar Məmmədyarov: “Azərbaycan bu terror aktından son dərəcə hiddətləndi”

Elmar Məmmədyarov: “Azərbaycan bu terror aktından son dərəcə hiddətləndi” Xarici işlər naziri türkiyəli həmkarına başsağlığı məktubu göndərib
Xarici siyasət
22 Avqust , 2016 09:27
Elmar Məmmədyarov: “Azərbaycan bu terror aktından son dərəcə hiddətləndi”

Bakı. 22 avqust. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli terror aktı ilə əlaqədar həmkarı Mövlud Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, məktubda Elmar Məmmədyarov çoxsaylı insan tələfatı ilə nəticələnən bu dəhşətli terror aktından dərin kədər hissi keçirdiyini ifadə edib. O, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycanın bu terror aktından son dərəcə hiddətləndiyini, terrorizmin bütün forma və təzahürlərinə qarşı birgə və qətiyyətlə mübarizə aparılmasının vacibliyini vurğulayıb.

Elmar Məmmədyarov baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralanan və xəsarət alanların şəfa tapmasını dilədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi