Elmar Məmmədyarov Avstraliya parlamentinin deputatlarını qəbul edib

Elmar Məmmədyarov Avstraliya parlamentinin deputatlarını qəbul edib Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
9 İyun , 2015 08:59
Elmar Məmmədyarov Avstraliya parlamentinin deputatlarını qəbul edib

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyətini qəbul edib. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün parlamentlərarası diplomatiyanın əhəmiyyəti vurğulanıb və bir sıra sahələrdə əməkdaşlıq imkanları qeyd edilib. Nazir Elmar Məmmədyarov bu səfərin Azərbaycan ilə Avstraliya arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Regionda cərəyan edən hadisələrə toxunan Elmar Məmmədyarov parlamentarilərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək münaqişənin beynəlxalq hüquqi norma və prinsiplərinə, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi