Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri ilə görüşüb Azərbaycan XİN başçısı alman həmkarına Ermənistan-Azərbaycan münaqişəsi barədə son vəziyyətlə bağlı məlumat verib
Xarici siyasət
3 Dekabr , 2015 17:27
Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri ilə görüşüb

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı nazirlər Almaniyanın ATƏT-ə sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına məlumat verərək, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu xüsusda Almaniyanın ATƏT-ə sədrliyi dövründə mühüm töhfə verə biləcəyinə ümidvarlığını ifadə edib.

Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi