​Əli Həsənov: “Azərbaycan Prezidenti Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Riqa sammitində iştirak edə bilməyəcək”

​Əli Həsənov: “Azərbaycan Prezidenti Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Riqa sammitində iştirak edə bilməyəcək” “Riqa Sammitində Azərbaycanı Novruz Məmmədov və Elmar Məmmədyarov təmsil edəcəklər”
Xarici siyasət
20 May , 2015 14:19
​Əli Həsənov: “Azərbaycan Prezidenti Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Riqa sammitində iştirak edə bilməyəcək”

Bakı. 20 may. REPORT.AZ/ “Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-22-də Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Riqa sammitində iştirak edə bilməyəcək”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Əli Həsənov qeyd edib ki, l Avropa Oyunlarının başlanmasına çox az vaxt qaldığına və bu mühüm tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, Azərbaycan Prezidentinin qrafiki həddən artıq sıxlaşıb. Buna görə də dövlət başçısı sammitdə iştirak edə bilməyəcək.

Prezidentin köməkçisi bildirib ki, Riqa Sammitində Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər.

Son xəbərlər

Orphus sistemi