​Əhməd Davudoğlu: "Azərbaycanın Türkiyəyə satdığı enerjinin həcminin artırılmasına dair müzakirələr aparacağıq"

​Əhməd Davudoğlu: "Azərbaycanın Türkiyəyə satdığı enerjinin həcminin artırılmasına dair müzakirələr aparacağıq" Türkiyənin baş naziri: "Bütün torpaqları azad olunanadək Türkiyə Azərbaycanın yanında olacaq"
Xarici siyasət
3 Dekabr , 2015 11:40
​Əhməd Davudoğlu: Azərbaycanın Türkiyəyə satdığı enerjinin həcminin artırılmasına dair müzakirələr aparacağıq

Bakı. 3 dekabr. REPORT.AZ/ "Dağlıq Qarabağ başda olmaqla Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı mövqeyimiz açıq və qətidir. Bütün torpaqları azad olunanadək Türkiyə Azərbaycanın yanında olacaq".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Azərbaycana yola düşməmişdən əvvəl Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir qeyd edib ki, enerjinin şaxələndirilməsi ilə bağlı Türkiyənin hədəfləri var: "Çoxyönlü siyasi işlər gördük. TANAP layihəsi davam edir. Yeni istiqamətlərdə Azərbaycanda ətraflı görüşlərimiz olacaq. Azərbaycanın Türkiyəyə satdığı enerjinin həcminin artırılmasına dair danışıqlar aparacağıq. Azərbaycanla əlaqələrimiz Rusiyadan asılı olmadan davam edir".

Qeyd edək ki, Ə.Davudoğlu bu gün Bakıya gəlir. 

Son xəbərlər

Orphus sistemi