Davudoğlu Azərbaycana Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb

Davudoğlu Azərbaycana Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb Türkiyənin baş naziri prezidenti İlham Əliyevə telefonla zəng edib
Xarici siyasət
2 Aprel , 2016 23:14
Davudoğlu Azərbaycana Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb

Bakı. 3 Aprel. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Türkiyənin baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib.

Dövlət başçısı Azərbaycan Ordusunun təmas xəttində Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldığını və lazımi cavab verdiyini bir daha vurğulayıb.

Son xəbərlər

Orphus sistemi