Dünya İqtisadi Forumunun illik toplantısı yanvarın 20-23-də Davosda keçiriləcək

Dünya İqtisadi Forumunun illik toplantısı yanvarın 20-23-də Davosda keçiriləcək Forumun proqramına ən aktual qlobal hadisələrə həsr olunmuş müzakirələr daxildir
Xarici siyasət
7 Yanvar , 2016 11:07
Dünya İqtisadi Forumunun illik toplantısı yanvarın 20-23-də Davosda keçiriləcək

Bakı. 7 yanvar. REPORT.AZ/ Yanvar 20-23-də İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun (WEF) proqramı açıqlanıb.

"Report" WEF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşıdan gələn forum "dördüncü sənaye inqilabının mənimsənilməsi" şüarı altında keçiriləcək.

Dünyanın aparıcı biznes rəhbərləri və siyası liderləri müasir cəmiyyətin üzləşdiyi ən aktual problemləri, qlobal, regional və sənaye transformasiyasını müzakirə edəcək. Forumun proqramına ən aktual qlobal hadisələrə, o cümlədən qlobal təhlükəsizlik, maliyyə sisteminin transformasiyası, miqrasiya, müasir İpək Yolu, Avropanın gələcəyi və s. məsələlərə həsr olunmuş müzakirələr daxildir.

Qeyd edək ki, Davosdakı Dünya İqtisadi Forumu hər il təşkil edilir və buraya təxminən iki minə yaxın biznes elitasının, bir sıra ölkələrin siyasi liderləri təşrif buyurur. Azərbaycan Prezidenti dəfələrlə bu Forumda iştirak edib.

Son xəbərlər

Orphus sistemi