Drezdendə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı fəaliyyətə başlayıb

Drezdendə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı fəaliyyətə başlayıb "Məqsəd əcnəbi gənclərlə, xarici ölkə vətəndaşları ilə daha yaxından tanış olmaq və Azərbaycanla bağlı təbliğat aparmaqdır"
Xarici siyasət
22 Yanvar , 2016 10:42
Drezdendə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı fəaliyyətə başlayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gündən Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı fəaliyyətə başlayıb. "Report"un xəbərinə görə, bunu jurnalistlərlə söhbətində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib.

O deyib ki, gələcək aylarda Azərbaycanın rayonlarında, eləcə də Rusiya, Portuqaliya İsveçrə və s . ölkələrdə də bu cür filiallar yaradılacaq. "Məqsəd əcnəbi gənclərlə, xarici ölkə vətəndaşları ilə daha yaxından tanış olmaq və Azərbaycanla bağlı təbliğat aparmaqdır", - K.Abdullayev əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan olunub.

Son xəbərlər

Orphus sistemi