Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Qazaxıstana gedib

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Qazaxıstana gedib Səfər noyabrın 12-dək davam edəcək
Xarici siyasət
11 Noyabr , 2015 14:34
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Qazaxıstana gedib

Bakı. 11 noyabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Astana şəhərində keçiriləcək 74-cü iclasında müşahidəçi qismində iştirak etmək üçün Qazaxıstana gedib. Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Məlumata görə, tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə bir sıra sərhəd qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. 

Səfər noyabrın 12-dək davam edəcək.  

Son xəbərlər

Orphus sistemi