Bakı. 22 yanvar. REPORT.AZ/ Yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri başlayıb.
"Report" xəbər verir ki, dövlət başçısı Davosda hər il keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək.
Prezident İlham Əliyev İsveçrəyə işgüzar səfərdə olduğu Almaniyadan yola düşüb.