“Diplomatik World” jurnalında Azərbaycanın Belçikadakı səfirinin müsahibəsi dərc edilib

“Diplomatik World” jurnalında Azərbaycanın Belçikadakı səfirinin müsahibəsi dərc edilib Səfir Fuad İsgəndərov Azərbaycan – Avropa İttifaqı əlaqələri və bir sıra digər mövzulara aydınlıq gətirib
Xarici siyasət
6 Yanvar , 2015 22:27
“Diplomatik World” jurnalında Azərbaycanın Belçikadakı səfirinin müsahibəsi dərc edilib

Bakı. 6 yanvar. REPORT.AZ/ “Diplomatik World” jurnalının dekabr nömrəsində Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərovun müsahibəsi dərc edilib.

Səfirlikdən "Report"-a verilən xəbərə görə, müsahibədə səfir Azərbaycan–Avropa İttifaqı əlaqələri, ölkənin regionda tutduğu mövqe, qonşu ölkələrlə münasibətlər, ölkədə mövcud olan dini və etnik müxtəliflik, eyni zamanda tolerantlıq, ölkənin təşəbbüsü ilə həyata keçirilən regional əhəmiyyətli enerji layihələr ilə bağlı suallara aydınlıq gətirib.

Müsahibədə, həmçinin, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən dövlət proqramları, Azərbaycanda alternativ enerjinin inkişafı üzrə qəbul edilmiş proqramlar, habelə Avropa ölkələri ilə humanitar sahədə mövcud olan əməkdaşlıq məsələləri ilə bağlı suallara aydınlıq gətirilib.

Son xəbərlər

Orphus sistemi