Azərbaycanlı deputatlar Səudiyyə Ərəbistanına səfər edəcəklər

Azərbaycanlı deputatlar Səudiyyə Ərəbistanına səfər edəcəklər Görüşlərdə parlamentlərarası münasibətlərin inkişafı, mədəniyyət, elm və texnologiyalar sahələrində əməkdaşlıq barədə müzakirələr aparılacaq
Xarici siyasət
11 Aprel , 2015 11:48
Azərbaycanlı deputatlar Səudiyyə Ərəbistanına səfər edəcəklər

Bakı. 11 aprel. REPORT.AZ/ Milli Məclisin deputatları Fəttah Heydərov, Bəxtiyar Əliyev, Mahir Aslanov və Qalib Salahzadə aprelin 11-dən 17-dək Səudiyyə Ərəbistanı Krallığında səfərdə olacaqlar. Bu barədə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib.

Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə həyata keçiriləcək səfər çərçivəsində bu ölkənin parlament rəhbərliyi, parlamentlərarası dostluq qrupunun üzvləri, Ticarət və Sənaye Nazirliyinin məsul şəxsləri, Ər-riyad şəhərinin qubernatoru, Elm və texnologiyalar şəhərciyinin elm xadimləri və digər şəxslərlə görüşlər nəzərdə tutulub.

Keçiriləcək görüşlərdə parlamentlərarası münasibətlərin inkişafı, mədəniyyət, elm və texnologiyalar sahələrində əməkdaşlıq barədə müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi