Deputat: "Bu gün qayıdış, bərpa-quruculuq işləri üçün ən böyük maneə Ermənistanın basdırdığı minalardır"

Deputat: "Bu gün qayıdış, bərpa-quruculuq işləri üçün ən böyük maneə Ermənistanın basdırdığı minalardır" "44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsindən sonra qarşıda duran ən başlıca vəzifə ərazilərin minalardan təmizlənməsidir. Çünki Ermənistan işğal dövründə ərazilərin sıx şəkildə minalanmasını təmin edib. Təcavüzkar dövlət 30 il
Xarici siyasət
1 Aprel , 2022 20:25
Deputat: Bu gün qayıdış, bərpa-quruculuq işləri üçün ən böyük maneə Ermənistanın basdırdığı minalardır

"44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsindən sonra qarşıda duran ən başlıca vəzifə ərazilərin minalardan təmizlənməsidir. Çünki Ermənistan işğal dövründə ərazilərin sıx şəkildə minalanmasını təmin edib. Təcavüzkar dövlət 30 ilə yaxın Azərbaycan ərazilərində yaşayış yerlərini, tarixi, dini mədəni abidələri dağıdıb talan etməklə yanaşı, sonrakı yaşayış və bərpa üçün də böyük problemlər yaradıb".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyəti icra edilir: "Burada insan həyatı və qısa zamanda bərpa-quruculuq işlərinin icrası üçün bu amil önəmlidir. Çünki Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasından sonra mina xəritələrini Azərbaycana təqdim etməkdən uzun müddət boyun qaçırdı. Hətta işğalçı ölkə bir müddət onlarda belə bir xəritələrin olmadığını iddia edirdi. Bu da, sözsüz ki, onlarla vətəndaşın, hərbçilərimiz və minatəmizləmə prosesinə cəlb edilmiş insanların həyatının, sağlamlığının itirilməsinə səbəb oldu. Məhz Azərbaycan dövlətinin davamlı təzyiqləri fonunda Ermənistan mina xəritələrini təqdim etdi. Amma sonradan məlum oldu ki, Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqliyi 25 faiz səviyyəsindədir".

Deputat bildirib ki, Azərbaycanın yenidənqurma və bərpa işləri çərçivəsində minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstəyin vacibliyini önə çəkir: "Azərbaycan mina təmizlənməsi sahəsində təkliflərə açıqdır. Çünki humanitar minatəmizləmə ilə uzunmüddətli sülh və sosial-iqtisadi inkişaf arasında qarşılıqlı əlaqələr var. Məhz bu səbəbdən Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ərəfəsində Bakıda keçirilən beynəlxalq tədbirin mühüm əhəmiyyəti var. Postmünaqişə dövründə dünyanın diqqətinin işğaldan azad edilmiş ərazilərdəki mina probleminə cəlb edilməsi vacibdir. Çünki bu gün qayıdış, bərpa-quruculuq üçün ən böyük maneə məhz Ermənistanın basdırdığı minalardır. Məhz bu konfransda 34 ölkədən 150-yə yaxın nümayəndənin iştirakı humanitar minatəmizləmə sahəsi üzrə dünyada tanınmış qurumlar, beynəlxalq ekspertlər üçün unikal müzakirə, əməkdaşlıq platforması açılması da diqqətçəkəndir. Həmçinin BMT-nin 2030-cu il üzrə Davamlı İnkişaf Gündəliyin məqsədlərinə nail olunmasında minatəmizləmənin önəmi artıq bir qlobal amil kimi önə çıxır".

Son xəbərlər

Orphus sistemi