​Daha 5 Azərbaycan vətəndaşı Yəməndən təxliyə edilib

​Daha 5 Azərbaycan vətəndaşı Yəməndən təxliyə edilib Təxliyə Rusiya təyyarəsi vasitəsi ilə baş tutub
Xarici siyasət
3 Aprel , 2015 07:45
​Daha 5 Azərbaycan vətəndaşı Yəməndən təxliyə edilib

Bakı. 3 aprel. REPORT.AZ/ Rusiyaya məxsus ikinci təyyarə Yəməndən təxliyə edilən yerli və digər ölkə vətəndaşlarından ibarət növbəti qrupu Moskvaya gətirib.

"Report" TASS-a istinadən xəbər verir ki, ikinci təyyarə ilə təxliyə olunanlar arasında 5 Azərbaycan vətəndaşı var.

Təyyarə Yəməndən uçan birinci hava gəmisindən bir neçə saat sonra Moskva vilayətinin Çkalovski aerodromunda eniş edib.

Təyyarənin göyərtəsində təqribən 150 sərnişin olub. Bunlar Rusiya, Özbəkistan, Tacikistan, Yəmən, Belarus, Azərbaycan, Polşa, Qırğızıstan və Ukrayna vətəndaşları olublar.

Qeyd edək ki, birinci təyyarə reysi ilə iki Azərbaycan vətəndaşı təxliyə edilmişdi.

Son xəbərlər

Orphus sistemi