​Dağıstanın başçısı: "Azərbaycan dərin mədəniyyətə və ənənələrə malik sürətlə inkişaf edən dövlətdir"

​Dağıstanın başçısı: "Azərbaycan dərin mədəniyyətə və ənənələrə malik sürətlə inkişaf edən dövlətdir" "Zənnimcə, gələcəkdə biz turizm sahəsində də aktiv əməkdaşlıq edəcəyik"
Xarici siyasət
12 May , 2016 19:18
​Dağıstanın başçısı: Azərbaycan dərin mədəniyyətə və ənənələrə malik sürətlə inkişaf edən dövlətdir

Bakı. 12 may. REPORT.AZ/ "Azərbaycan dərin mədəniyyətə və ənənələrə malik sürətlə inkişaf edən dövlətdir. Bu ölkənin təcrübəsi nümunə ola bilər".

"Report"un verdiyi xəbərə görə, bu barədə Dağıstanın başçısı Ramazan Abdulatipov jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın iş adamları Dağıstan iqtisadiyyatına böyük maraq göstərir, Dağıstan da Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

R.Abdulatipov "Report"un ikitərəfli əməkdaşlıq üçün perspektiv sahələr haqda sualını şərh edərkən bildirib ki, bu sahələrə ASK, logistika və turizm aiddir.

"Zənnimcə, gələcəkdə biz turizm sahəsində də aktiv əməkdaşlıq edəcəyik. Rusiyanın müxtəlif regionlarından və xaricdən turistlərin cəlb edilməsi üçün birgə strukturlar yaratmalıyıq", - deyə Dağıstanın başçısı söyləyib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq çərçivəsində bir çox layihələr sənaye sektorundadır: "Buna misal olaraq xalçaçılığı göstərmək olar. Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir".

Mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa toxunan Dağıstanın başçısı tarixi keçmişi nəzərə alaraq aktiv əməkdaşlığın vacibliyini qeyd edib: "Biz yaxın xalqlarıq, bir-birimizi asanlıqla anlayırıq, dinimiz eynidir". 

Son xəbərlər

Orphus sistemi