Bakı. 5 may. REPORT.AZ/ Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov gələn həftə Azərbaycana səfər etməyi planlaşdırır.
"Report" məlumatlı mənbələrə istinadən xəbər verir ki, Dağıstan Respublikasının başçısı səfəri zamanı Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.
Məlumata görə, R.Abdulatipov mayın 12-də Bakıda Dağıstan Mədəniyyət Günlərinin açılış mərasimində iştirak edəcək, eləcə də Azərbaycanda yaşayan həmvətənləri ilə görüş keçirəcək.