​Çingiz Abdullayev Qara dəniz və Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı Beynəlxalq Fondunun prezidenti seçilib

​Çingiz Abdullayev Qara dəniz və Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı Beynəlxalq Fondunun prezidenti seçilib Sədrliyin təhvil verilməsi təşkilatın Baş Assambleyasının Bakıda keçirilən iclasında baş tutub
Xarici siyasət
23 May , 2015 11:27
​Çingiz Abdullayev Qara dəniz və Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı Beynəlxalq Fondunun prezidenti seçilib

Bakı. 23 May. REPORT.AZ/ Qara dəniz və Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı Beynəlxalq Fondunun vitse-prezidenti Çingiz Abdullayev bu təşkilatın prezidenti vəzifəsinə seçilib. "Report" xəbər verir ki, sədrliyin rəsmi təhvil verilməsi Qara dəniz və Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı Beynəlxalq təşkilatı Baş Assambleyasının və Direktorlar Şurasının Bakıda keçirilən iclası çərçivəsində baş tutub. Rotasiya prinsipi əsasında bu vəzifə İsmayıl Safidən (Türkiyə) Çingiz Abdullayevə (Azərbaycan) təhvil verilib.

Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq fondu (QDXDBF) 4 mart 2009-cu ildə Buxarestdə Rumıniya Prezidenti Trayan Besesku və Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır.

Regionda unikal olan bu təşkilatın İdarə Heyətinin üzvləri 20 ölkədən olan tanınmış nümayəndəlikərdir. Buraya Azərbaycan, Albaniya, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Rumıniya, San Tome və Prinsipi, Serbiya, Türkiyə, Ukrayna, Xorvatiya, Monteneqro, İsveçrə və Cənubi Afrikadan olan siyasətçilər, diplomatlar və alimlər daxildir. 

Son xəbərlər

Orphus sistemi