Bakı. 22 avqust. REPORT.AZ/ Çexiya Xarici İşlər Nazirliyində adıçəkilən ölkənin xaricdəki diplomatik missiyalarının rəhbərlərinin iştirakı ilə illik ambassadorial keçirilir.
Çexiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfirlərin iclasında bu ölkənin Azərbaycandakı səfiri Viteslav Pivonka da iştirak edir.
Görüşdə Çexiya XİN başçısı Lübomir Zaoralek və baş nazir Boquslav Sobotka çıxış edərək gələn il üçün Çexiya diplomatiyasının əsas prioritetlərini açıqlayıb.
Eyni zamanda B.Sobotka Avropa İttifaqı ordusunun yaradılması yönündə çağırış edib.