​Çexiya prezidenti Azərbaycana səfər edəcək

​Çexiya prezidenti Azərbaycana səfər edəcək Səfər sentyabrın ortalarına planlaşdırılır
Xarici siyasət
8 Aprel , 2015 08:58
​Çexiya prezidenti Azərbaycana səfər edəcək

Bakı. 8 aprel. REPORT.AZ/ Çexiya prezidenti Miloş Zeman bu il Kolumbiya, Meksika və Azərbaycana səfər etməyi planlaşdırır.

"Report" "Czech News Agency"yə istinadən xəbər verir ki, bu barədə aprelin 7-də Prezident Dəftərxanasının Xarici Əlaqələr Departamentinin rəhbəri Hinek Kmoniçek məlumat verib.

Onun mətbuat katibi İrji Ovçaçek xəbəri təsdiqləyib və M.Zemanın Çexiyaya ikinci ən böyük neft ixracatçısı olan Azərbaycana sentyabrın ortalarında səfər etməyi planlaşdırdığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi