​Çexiya parlamentinin spikeri I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

​Çexiya parlamentinin spikeri I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək Yan Xamaçek Bakıya açılış mərasiminə gələcək
Xarici siyasət
20 Aprel , 2015 18:34
​Çexiya parlamentinin spikeri I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

Bakı. 20 aprel. REPORT.AZ/ Çexiya parlamentinin deputatlar palatasının sədri Yan Xamaçek Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə müsahibəsində Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib.

Xatırladaq ki, "Bakı 2015" I Avropa oyunları iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək. Oyunlarda dünyanın 49 ölkəsindən 6000-dən artıq idmançı 20 idman növü üzrə mübarizə aparacaq. Yarışlar Bakı və Mingəçevirdə baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi