​Bu gün Tbilisidə "Şərq tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin görüşü keçiriləcək

​Bu gün Tbilisidə "Şərq tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin görüşü keçiriləcək Görüşdə diqqət əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə yönəldiləcək
Xarici siyasət
26 Noyabr , 2015 07:41
​Bu gün Tbilisidə Şərq tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşü keçiriləcək

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Gürcüstanın paytaxtı Tbilisidə genişləndirmə üzrə Avropa komissarı Yohannes Han və Avropa İttifaqı baş katibinin müavini Helqi Şmidtin iştirakı ilə "Şərq tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin altıncı qeyri-rəsmi görüşü keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

"Görüşdə əsas diqqət Riqa sammitində müəyyən edilən prioritetlərin reallaşdırılması prosesi və Avropa qonşuluq siyasətinin təkrar gözdən keçirilməsi nəticəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə yönəldiləcək", — deyə bəyanatda bildirilir.

İdarənin məlumatına görə, görüş təkcə siyasi gündəliyə deyil, həm də səhiyyə məsələlərinə həsr olunacaq. Bu məqsədlə səhiyyə üzrə Avropa komissarı Vityanis Andrükaytis də Tbilisiyə gələcək.

"Şərq tərəfdaşlığı" layihəsi Avropa İttifaqının Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə siyasi və iqtisadi inteqrasiyasına yönəlib.

Son xəbərlər

Orphus sistemi