​Bu gün Moskvada Azərbaycan və Rusiyanın XİN rəhbərləri danışıqlar aparacaq

​Bu gün Moskvada Azərbaycan və Rusiyanın XİN rəhbərləri danışıqlar aparacaq Görüşdə Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq
Xarici siyasət
25 May , 2015 06:08
​Bu gün Moskvada Azərbaycan və Rusiyanın XİN rəhbərləri danışıqlar aparacaq

Bakı. 25 may. REPORT.AZ/ Bu gün Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov Moskvada ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həmçinin Dağlıq Qarabağda münaqişənin nizamlanması məsələlərini müzakirə edəcəklər.

"Report" TASS-a istinadən xəbər verir ki, Azərbaycan XİN rəhbərinin səfər proqramına rusiyalı həmkarı ilə danışıqlardan savayı Dövlət Dumasının sədri Sergey Narışkin və Rusiya Federasiyası hökumətinin sədr müavini Dmitri Roqozinlə görüşlər daxildir.

İki ölkənin XİN rəhbərinin görüşündə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, regional və beynəlxalq gündəliyin əsas aspektləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, Elmar Məmmədyarov 24-26 may tarixlərində Rusiyada rəsmi səfərdədir.

Son xəbərlər

Orphus sistemi