ABŞ rəsmisi: "İŞİD qlobal problemdir"

ABŞ rəsmisi: "İŞİD qlobal problemdir" "Parisdə və digər yerlərdə baş verən son hücumlar bunu göstərdi"
Xarici siyasət
24 Noyabr , 2015 18:22
ABŞ rəsmisi: İŞİD qlobal problemdir

Bakı. 24 noyabr. REPORT.AZ/ "ABŞ İŞİD terror təşkilatını qlobal problem kimi dəyərləndirir. Onun həlli üçün koordinasiyalı addımlar tələb olunur".

"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricet Brink deyib.

Onun sözlərinə görə, Parisdə və digər yerlərdə baş verən son terror hücumları bunu göstərib. B.Brink ABŞ-ın 65 ölkədən ibarət koalisiyada lider mövqelərdən birinə sahib olduğunu və Suriyadakı vəziyyəti həll etmək üçün siyasi səviyyədə çalışdığını da bildirib.

Son xəbərlər

Orphus sistemi