Bratislavada Şərq Tərəfdaşlığı üzrə görüş keçirilib

Bratislavada Şərq Tərəfdaşlığı üzrə görüş keçirilib Görüş zamanı iştirakçılar Şərq Tərəfdaşlığı proqramını, eləcə də onun inkişaf perspektivlərini müzakirə ediblər
Xarici siyasət
3 Sentyabr , 2016 16:04
Bratislavada Şərq Tərəfdaşlığı üzrə görüş keçirilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Slovakiyanın paytaxtı Bratislavada Avropa İttifaqı ölkələrinin XİN rəhbərlərinin ikigünlük qeyri-rəsmi görüşü çərçivəsində Şərq Tərəfdaşlığı proqramı üzrə görüş keçirilib.

"Report" xəbər verir ki, görüşdə Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han, Slovakiyanın baş nazirin müavini və xarici işlər naziri Miroslav Layçak, eləcə də Şərq Tərəfdaşlığı proqramının üzv ölkələrinin xarici işlər nazirləri iştirak edib. 

Aİ komissarı Y.Hanın sözlərinə görə, görüş zamanı iştirakçılar Şərq Tərəfdaşlığı proqramını, eləcə də onun inkişaf perspektivlərini müzakirə ediblər.

Xatırladaq ki, Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi