Böyük Britaniya və Norveç Azərbaycan Prezidentinin əfv sərəncamını alqışlayıb

Böyük Britaniya və Norveç Azərbaycan Prezidentinin əfv sərəncamını alqışlayıb Devid Lidinqton: "Bu, müsbət addımdır"
Xarici siyasət
18 Mart , 2016 15:13
Böyük Britaniya və Norveç Azərbaycan Prezidentinin əfv sərəncamını alqışlayıb

Bakı. 18 mart. REPORT.AZ/ Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamını alqışlayıb.

"Report" xəbər verir ki, D.Lidinqton bunu müsbət addım kimi qiymətləndirib.

O, həmçinin Böyük Britaniyanın insan hüquqları və demokratiyanın inkişafı kimi məsələlər üzrə Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu əlavə edib.

Qeyd edək ki, daha əvvəl Norveçin xarici işlər naziri Borqe Brende də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını alqışlamışdı.

Xatırladaq ki, martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Əfv sərəncaməı 148 nəfərə, o cümlədən bəzi tanınmış şəxslərə şamil olunub. Belə ki, əfv sərəncamında Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyev, "İnsan hüquqları" klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, "Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədli, hüquq müdafiəçisi Taleh Xasməmmədov, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, "Talışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov da yer alıb.

Son xəbərlər

Orphus sistemi