Onun sözlərinə görə, R.Plevneliyevin Azərbaycana səfəri zaman Azərbaycan qazının Bolqarıstana erkən tədarükü məsələsi razılaşdırılacaq.
Bolqarıstan prezidentinin Cənub Qaz Dəhlizinin bir hissəsi olan Cənubi Qafqaz boru kəmərinin genişləndirmə layihəsi çərçivəsində təməlqoyma mərasimində iştirak edəcəyi gözlənilir. Mərasim sentyabr ayının 20-də Səngəçal terminalında keçiriləcək.