Bolqarıstan prezidenti Azərbaycan səfirini təltif edib

Bolqarıstan prezidenti Azərbaycan səfirini təltif edib Prezident Rosen Plevneliyev diplomata birinci dərəcəli "Stara Planina" ordeni təqdim edib
Xarici siyasət
11 Yanvar , 2016 13:20
Bolqarıstan prezidenti Azərbaycan səfirini təltif edib

Bakı. 11 yanvar. REPORT.AZ/ Bolqarıstan prezidenti Rosen Plevneliyev Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimovu təltif edib.

"Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, prezident E.Kərimova Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafına verdiyi töhfəyə görə birinci dərəcəli "Stara Planina" ordeni təqdim edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il dekabrın 23-də imzaladığı sərəncama əsasən, E.Kərimov Bolqarıstandakı diplomatik fəaliyyətini başa vurur.

Son xəbərlər

Orphus sistemi