Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimovun bu ölkənin müdafiə naziri Nikolay Nençev ilə görüşündə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, E.Kərimov Azərbaycan ilə Bolqarıstan arasında sıx əlaqələrin mövcud olduğunu, son illər ərzində müxtəlif sahələrdə əməkdaşlığın daha sürətlə inkişaf etdiyini bildirib. Azərbaycanın Bolqarıstanla bir sıra istiqamətlər üzrə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirən səfir müdafiə sahəsində də əməkdaşlığın perspektivlərinin mövcud olduğunu diqqətə çatdırıb.
Diplomat Ermənistan-Azərbaycan,
Ölkələrimiz arasında son dövrlər dinamik inkişaf edən əlaqələri yüksək qiymətləndirən N.Nençev müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı ikitərəfli müzakirələrin aparılmasının əhəmiyyətini qeyd edib. Nazir Bolqarıstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunmasında maraqlı olduğunu bildirib.