Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün təlimlər keçirilib

Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün təlimlər keçirilib İştirakçılara sertifikatlar verilib
Xarici siyasət
13 Aprel , 2016 17:51
Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün təlimlər keçirilib

Bakı. 13 aprel. REPORT.AZ/ BMT-nin İnkişaf Proqramı, Avropa Ittifaqı və Dövlət Sərhəd Xidmətinin “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi”adlı birgə layihəsi çərçivəsində milli təlim keçirilib.

BMT-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, təlimlər 11-13 aprel tarixlərində təşkil edilib.

“Sərhəd qurumlarının müxtəlif xidmət sahələri üzrə ehtiyaclara dair sektoral kvalifikasiya çərçivəsinin müəyyənləşdirilməsi”mövzusunda keçirilmiş təlimlərdə DSX-nin aidiyyətı qurumlarının mütəxəssisləri və qərərgah zabitləri ilə yanaşı, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi və layihənin əməkdaşları da iştirak ediblər.

Layihə üzrə tərəf müqabili olan Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (İCMPD) Avstriya və Rumıniyadan olan ekspertləri tərəfindən keçirilən təlimdə sərhəd qurumlarının müxtəlif fəaliyyət sahələri üzrə tələb olunan peşəkar qabiliyyətlərin müəyyənləşdirilməsi, xidmət sahələri üzrə tələb olunan kvalifikasiya çərçivələrinin tətbiqi, eyni zamanda xidmət sahələri üzrə xüsusi təlim proqramlarının hazırlanması və tətbiqi kimi məsələlərin əks olunduğugeniş təqdimatlar həyata keçirilib.

İştirakçıların böyük marağına səbəb olan təqdimatlar ətrafında geniş fikir mübadiləsi aparılıb, layihənin icrası zamanı bu sahədə qabaqcıl texnologiya vətəcrübənin tətbiqinə dair səslənən fikirlər, verilən məlumatların iştirakçıların bilik və bacarıqlarının artırılması, habelə onların gələcək iş fəaliyyətlərinin daha da güclənməsi üçün vacib olduğu xüsusi vurğulanıb.

Sonda iştirakçılar sertifikatla təltif olunublar.

Son xəbərlər

Orphus sistemi