​BMT və Azərbaycan arasında tərəfdaşlıq strategiyasının prioritet sahələrinin müəyyənləşdirilməsi ilə bağlı konfrans keçirilib

​BMT və Azərbaycan arasında tərəfdaşlıq strategiyasının prioritet sahələrinin müəyyənləşdirilməsi ilə bağlı konfrans keçirilib Tərəfdaşlıq strategiyası 2016-2020-ci illəri əhatə edəcək
Xarici siyasət
26 Sentyabr , 2014 16:25
​BMT və Azərbaycan arasında tərəfdaşlıq strategiyasının prioritet sahələrinin müəyyənləşdirilməsi ilə bağlı konfrans keçirilib
Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan ilə BMT arasında Tərəfdaşlıq Çərçivəsi Sənədi (UNAPF) ilə əlaqədar 2016-2020-ci illər üzrə növbəti tərəfdaşlıq strategiyasının prioritet sahələrinin Təsdiqetmə Konfransı keçirilib. Bu barədə “Report”a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Tədbirdə UNAPF-in Nəticələr Qruplarının üzvlərinin "İqtisadi inkişaf və layiqli iş yerlərinin artırılması", "İnstutisional potensialın gücləndirilməsi və səmərəli dövlət xidmətləri", "Ətraf mühit və antropogen fəlakətlərə qarşı dayanıqlıq" mövzusunda təqdimatları dinlənilib.

Konfransda BMT-nin İnkişaf Proqramının (UNDP) eksperti Roberto Bernardo 2014-cü ilin sonunadək UNAPF sənədinin yekunlaşdırılması məqsədilə Nəticələr Qrupları və İstiqamətləndirici Komitə tərəfindən təkliflərin yaxın müddətdə təqdim olunmasının vacibliyini vurğulayıb.

Konfransda aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar, səfirliklər, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər, BMT və Azərbaycan hökuməti arasında əməkdaşlıq üzrə prioritet sahələr və onların nəticələri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi