​BMT-nin insan hüquqları üzrə ekspertləri Azərbaycanı vaxtından əvvəl tərk edib

​BMT-nin insan hüquqları üzrə ekspertləri Azərbaycanı vaxtından əvvəl tərk edib Sentyabrın 16-da nümayəndə heyətinin rəhbəri Aişa Şujun Muhammad Azərbaycan xarici işlər nazirinin müavini ilə görüşüb
Xarici siyasət
18 Sentyabr , 2014 09:58
​BMT-nin insan hüquqları üzrə ekspertləri Azərbaycanı vaxtından əvvəl tərk edib
Bakı. 18 sentyabr. REPORT.AZ/ İşgəncələrin qarşısının alınması üzrə Birləşmiş Millətlər Təşkilatının Alt-Komitəsi (İQAT) Azərbaycandakı səfərini dayandırmaq və ölkəni vaxtından əvvəl tərk etmək barədə qərar qəbul edib. “Report”un xəbərinə görə, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

İQAT ölkəni tərk etməsinə səbəb kimi isə nümayəndə heyətinin azadlıqdan məhrumetmə yerlərinin bir neçəsinə daxil ola bilməməsi ilə izah edib.

Məlumatda o da bildirilib ki, İQAT nümayəndə heyəti sentyabrın 14-də fəaliyyətini dayandırıb, lakin bəzi üzvlər Bakıda qalaraq topladığı məlumatlar əsasında Azərbaycan rəsmiləri ilə müvafiq danışıqları davam etdiriblər. Sentyabrın 16-da nümayəndə heyətinin rəhbəri Aişa Şujun Muhammad Azərbaycan xarici işlər nazirinin müavini ilə görüşüb.

Qeyd edək ki, İQAT müxtəlif azadlıqdan məhrumetmə yerlərinə səfər etmək və azadlıqdan məhrumetmə yerlərində işgəncə və pis rəftar riskinə qarşı ciddi təminatları yaratmaq üçün dövlət orqanlarına tövsiyələr vermək mandatına malikdir.

Son xəbərlər

Orphus sistemi