BMT baş katibi və Sivilizasiyalar Alyansının ali nümayəndəsi Azərbaycana səfər edəcək

BMT baş katibi və Sivilizasiyalar Alyansının ali nümayəndəsi Azərbaycana səfər edəcək Onlar Bakıda keçiriləcək BMT SA-nın 7-ci Qlobal Forumunda iştirak edəcəklər
Xarici siyasət
16 Aprel , 2016 13:50
BMT baş katibi və Sivilizasiyalar Alyansının ali nümayəndəsi Azərbaycana səfər edəcək

Bakı. 16 aprel. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun və BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser Bakıya səfər edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, onlar aprelin 25-27-də Bakıda keçiriləcək BMT SA-nın 7-ci Qlobal Forumunda iştirak edəcəklər.

“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, medya və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2 minə yaxın qonağın qatılacağı gözlənilir.

Qeyd edək ki, sözegedən forumun Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun aprelin 25-27-də Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Son xəbərlər

Orphus sistemi