Bakı. 6 aprel. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı yeni rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai öz etimadnaməsini Xarici İşlər Nazirliyinə təqdim edib.
BMT-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, Q.İsakzai bu gündən etibarən rəsmi olaraq fəaliyyətinə başlayıb.
Q.İsakzai BMT sistemində və Asiya və Yaxın Şərqdə fəaliyyət göstərən beynəlxalq QHT-lərdə beynəlxalq inkişaf, humanitar böhran vəziyyətləri və münaqişədən sonrakı bərpa işlərində 22 illik iş təcrübəsinə malikdir. O, yoxsulluğun azaldılması, səmərəli idarəçilik və qanunun aliliyi, ətraf mühit və təbii fəlakətlər zamanı idarəçilik, habelə könüllülük və vətəndaş cəmiyyəti ilə bağlı proqramlara rəhbərlik etmiş və idarə edib.