BMT İnkişaf Proqramının Bakıdakı rezident nümayəndəsinə müavin təyin olunub

BMT İnkişaf Proqramının Bakıdakı rezident nümayəndəsinə müavin təyin olunub Alessandro Frakassetti dörd dildə sərbəst danışır
Xarici siyasət
30 Avqust , 2016 16:51
BMT İnkişaf Proqramının Bakıdakı rezident nümayəndəsinə müavin təyin olunub

Bakı. 30 avqust. REPORT.AZ/ BMT İnkişaf Proqramının (İP) Bakıdakı rezident nümayəndəsinə müavin təyin olunub.

"Report" xəbər verir ki, bu vəzifəyə italyan Alessandro Frakassetti təyin edilib.

A.Frakassetti 12 il ərzində BMT İP-də rəhbər vəzifələrdə çalışıb. O, 2011-ci ildən 2016-cı ilin iyul ayına kimi Skopyedə (Makedoniya) və 2006-cı ildən 2011-ci ilə kimi Zaqrebdə (Xorvatiya) rezident nümayəndənin müavini kimi, o cümlədən 2004-cü ildən 2006-cı ilədək Minskdə (Belarus) rezident nümayəndənin köməkçisi kimi xidmət göstərib.

Həmçinin A.Frakasetti daha əvvəl İtaliya Xarici İşlər Nazirliyində çalışıb. Yeni rezident nümayəndənin müavini ingilis, fransız, serb-xorvat-bosniya və italyan dili də daxil olmaqla dörd dildə sərbəst danışır, rus dilində isə ilkin biliklərə malikdir.

Qeyd edək ki, BMT İnkişaf Proqramının Bakıda rezident nümayəndəsi Qulam İsakzaidir.

Son xəbərlər

Orphus sistemi