BMT-də çalışan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

BMT-də çalışan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb Təşkilat əməkdaşlarının ümumi sayı 41 min nəfərdir
Xarici siyasət
1 Oktyabr , 2014 14:13
BMT-də çalışan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Bakı. 1 oktyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatında (BMT) 21 Azərbaycan vətəndaşı çalışır. Onlardan 7-si qadın, 14-ü kişidir. "Report"un verdiyi xəbərə görə, bu barədə məlumat BMT baş katibinin "Katibliyin tərkibi: heyətin demoqrafik xarakteristikaları" adlı yeni məruzəsində əks olunub.  

Azərbaycan vətəndaşları BMT-də həm daimi, həm də müddətli müqavilə əsasında işlə təmin olunublar. Qeyd edək ki, təşkilatda işlə təmin olunma hər ölkə üçün kvota əsasında həyata keçirilir. Azərbaycanın kvotası 3-14 nəfər təşkil edir. 

Ümumilikdə, BMT-də dünyanın 188 ölkəsindən 41 nəfər çalışır. Buraya BMT Katiblik departamentləri və idarələrinin, BMT regional komissiya və sahə əməliyyatlarının əməkdaşları daxildir. BMT-nin gərargahında və onun şöbələrində 20 minə yaxın insan çalışır. 

Məruzədə qeyd olunub ki, BMT məmurunun orta yaşı - 43 yaş təşkil edir. BMT-də ən çox təsadüf olunan yaş qrupu 35–39 yaşdır. Katiblikdə xidmətin orta müddəti 7 ildir. 

BMT heyətinin 34%-ni qadınlar təşkil edir. 

Son xəbərlər

Orphus sistemi