BMT baş katibinin müavini Azərbaycana səfər edəcək

BMT baş katibinin müavini Azərbaycana səfər edəcək Səfərin dəqiq tarixi diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir
Xarici siyasət
11 Aprel , 2016 16:52
BMT baş katibinin müavini Azərbaycana səfər edəcək

Bakı. 11 aprel. REPORT.AZ/ BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman yaxın gələcəkdə Azərbaycana səfər etməyi planlaşdırır.

"Report" xəbər verir ki, səfərin dəqiq tarixi diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir.

C.Feltman Azərbaycanda bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlər zamanı aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, C.Feltman bu gün Ermənistana səfər edib. Onun Gürcüstana da səfəri planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi